QONŞULUĞUMDAKI QARANQUŞLAR

Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir. Gəlin onlarla tanış olaq! :)

Ən sevdiyimiz qonşularımızla tanış olaq!

Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir. Gəlin onlarla tanış olaq! :)

 

Şəhər qaranquşu, Kənd qaranquşu, Sahil qaranquşu və Uzunqanad arasındakı fərqlər nələrdən ibarətdir?

Bu dörd oxşar köçəri növü identifikasiya etmək üçün,  BBC Nature bələdçisindən istifadə edin.


Mənbə: http://www.bbc.co.uk/nature/22527420

 

More tips from the RSPB on identifying

 

Qonşuluqda qaranquşun olmasına görə şanslıyıq

Gəlin qonşuluqda onlarla mehriban olaq! © SEO

Əvəllər qaranquşlar mağaralarda və qayalarda yuva qurub, çoxalırdı. İndi isə insanları qonşu kimi qəbul edib, yuvalarını eyvanlarda, şüşəbəndlərdə, təsərrüfat anbarlarında, evlərin daxili və xarici divarlarında qururlar. Bu onların ən geniş yayılmış quş növlərindən biri olduğunu göstərir. Yuvaları lələklərlə örtülmüş palçıq və otlardan ibarətdir.

Qaranquşlar əla uça bilir

 

Qaranquşlar - sürətlə, axan, zərif uçuşla tarlalar üzərində aşağıdan süzərək uçan - kiçik, köçəri quşlardır. Əsasən yeməklərini havada ələ keçirirlər, lakin hava pis olanda yerdə qida tapırlar.

Qaranquş həşərat yeyir!

 

Qaranquşlar əkinçilərin dostudur, çünki kənd təssərrüfatına ziyan vuran çox sayda həşərat yeyə bilirlər. Qaranquşlar milçək, böcək, arı, qanadlı qarışqa, güvə, çəyirtkə, hörümçək, ilbiz və digər həşəratları yeyir. Bəzən giləmeyvə və ya toxum da yeyirlər. Uğurlu şəkildə böyüyən balaların sayı ətraf mühitin nə qədər sağlam olduğuna işarədir: daha çox qida- daha çox bala!

 

Qaranquşlar dünyanın hər yerində rast gəlinir - köçəri həyatları hamıya tanışdır!

Qaranquşlar köçəridir, yəni bahar və payızda çoxalma və qışlama yerləri arasında uçaraq böyük məsafələr qət edir. Qaranquşlar insanları köçləri boyunca bir araya gətirmək gücünə malikdirlər - məsələn, Spring Alive-nin "Bahar əkizləri" proqramı ilə.

© WBSJ / Spring Alive

 

© WBSJ, adapted from "Tanbo no ikimonotachi Tsubame" and "The Barn Swallow"
(Life in the paddy field - Barn Swallow, Kazuo Koyama, Nobutoshi Sato, Hitoshi Watanabe,
published by Nobunkyo, Tokyo 2012)

 

© WBSJ; Illustrations by Minori Kataoka

 

Find out more about Barn Swallows, their migrations and listen to the calls they make! Qaranquşlar və onların köçləri haqqında daha çox məlumat əldə edin və səslərinə qulaq asın!

 

Qaranquşlarımıza təhlükə!

© Cezary Korkosz
© SEO
  • Pestisidlər - onların qidası olan həşəratları məhv edir və çoxalma qabiliyyətinə zərər verir.
  • Yaşayış yerinin itirilməsi - qaranquşların uçmaq və qidalanmaq istədiyi su bataqlıq ərazilərin azalması. 

  • Kənd ərazilərindəki dəyişikliklər -kənd əhalisinin azalması, ənənəvi fəaliyyətlərdən imtina və yeni memarlıq üslubları yuva sahələrinin itirilməsinə səbəb olur.
  • Şəhər mühiti, palçıq azlığı qaranquşların yuvalarını qurmalarını çətinləşdirir.  
  • İqlim dəyişikliyi:
    • Afrikada və miqrasiya marşrutlarında iqlimdəki dəyişikliklər ciddi təsir göstərə bilər. Tədqiqatlar göstərir ki, qaranquşlar çoxalma sahələrinə ağır vəziyyətdə qayıdır və əvvəlkindən daha az yumurta qoyurlar.
    • Avropadakı mənfi hava şəraiti qaranquşlara təsir edir:
      • Soyuq bahar və şaxta bu kiçik quşlar üçün çətinlik törədir.
      • İsti, quru yay, həşəratların əmələ gəldiyi hovuzların quruması, yuvalardakı balaların istidən və aclıqdan ölə biləcəyi deməkdir.
      • Sahara səhrası genişlənir - yəni qaranquşlar daha sərt bir köçlə üzləşir, istilik, yorğunluq və susuzluqdan ölə bilər.

 

Necə kömək edə bilərəm?

Canlı Bahar 2016:

Qonşuluğumdakı qaranquşlar

 

Qaranquş tədqiqatçısı ol!

 

 

 

Köçəri qonşularınızı qarşılayın!

Yaşayış yerlərindəki həşəratları yeməklə yanaşı, kənd, şəhər və sahil qaranquşlarının uçmağını, yuva qurmağını seyr etmək heyrətamizdir. Qaranquşlar insanlarla uzun müddətdir ki, yaxşı əlaqə qurublar. Bu yaxşılığı necə qaytara bilərik?

 

Onları narahat etmədən yuva qurmasına kömək etmək:

Swallows House Martins
Encouraging nesting Encouraging nesting
Helping broken nests Helping broken nests
Buy or build a nest
© SEO
Advice if people want to prevent House Martins from nesting:
© WBSJ

 

Bəzi insanlar bu xüsusi quşların evlərdə və ya binalarda yuva qurmağının narahatlıq və natəmizlik olduğunu düşünürlər!

Qaranquşların nə qədər ecazkar olduğunu, necə azaldıqlarını və xoş qarşılanmalı qonaqlarımız olmalarını onlara izah etməlisiniz. Bundan əlavə, natəmizlik problemini həll etmək asandır: yuvaları məhv etmək əvəzinə, nəcisə qarşı altına kiçik bir taxta qoyun. :)

Nəcis və parazitlər (insanlar üçün zərərli deyil) haqqında daha çox məlumat: https://www.rspb.org.uk/discoverandenjoynature/discoverandlearn/birdguide/name/h/housemartin/droppings_and_parasites.aspx

 

Bağınızda həşəratları cəlb etmək üçün çiçək və bitkilər əkin!

Yaponiyanın Vəhşi Quşlar Cəmiyyətinin bələdçisindən istifadə edin: Barn Swallow Observation Guide - sorğu formaları və sorğuların necə aparılması barədə təlimatları olan məktəblər və müəllimlər üçün əla bələdçi!

Bizimlə burada əlaqə saxlayın: www.facebook.com/springaliveforbirds :)


Other Themes

Quşların pəncərəmə çırpılmasını necə dayandıra bilərəm?

ŞÜŞƏ İLƏ TOQQUŞMA

Tanış toqquşma səsi eşidərək, pəncərənizdə quş izini tapmaq üçün qaçmaq ürəksıxıcı bir hissdir.

Learn more

Yaxşı quş müşahidəçisi olmaq üçün ən yaxşı 10 məsləhətimiz

YAXŞI QUŞ MÜŞAHİDƏÇİSİ NECƏ OLMALI

Quş müşahidəsinin nə qədər əyləncəli ola biləcəyini eşitmisiniz və ilk dəfədən sonra bu işi sevib, davam etdirmək istəyirsiz. Lakin tələsməyin! Əvvəlcə bilməli olduğunuz bəzi vacib tövsiyyələr var.

Learn more

Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük

BALA QUŞ TAPMIŞAM! NƏ ETMƏLİYƏM?

Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük ... onu xilas etmək istəyinə qarşı çıxmaq çətindir.

Learn more

Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir.

KÖÇƏRİ QUŞLARA MANEƏ VƏ TƏHLÜKƏLƏR

Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir. Məsələn, bugün uşaqlar ququ quşunun səsini valideynlərindən az, nənə və babalarından isə daha az eşidirlər.

Learn more

İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə

QİDA QITLIĞI ZAMANI QUŞLARI QİDALANDIRMAQ

İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə yaşamağa, həmçinin yaxşı vəziyyətdə qalmağa və yazda çoxalmağa hazır olmağa kömək edə bilərsiniz. Bunun müqabilində isə bağçanıza yem üçün gələn quşların gözəl mənzərəsini əldə edəcəksiniz.

Learn more

Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın!

QUŞLARA-DOST BAĞÇA/EYVAN

Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın! Köçəri quşların gəlişi, həyatın sürətlə davam etdiyi zaman, fəsillərin dəyişilməsinə bir işarədir. Təbiətə çıxın, zövq alın və qarşılığında ona bir yaxşılıq edin.

Learn more

Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz?

YAŞADIĞINIZ ƏRAZİ ÜÇÜN TƏŞVİQAT

Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz? Bəlkə təbiətdən zövq almaq üçün ən sevimli yeriniz var və qorunduğundan əmin olmaq istəyirsiniz?

Learn more

CITIZEN SCIENCE FOR BIRDS

Put simply, citizen science is scientific research conducted by people who are not professional scientists. Some of the biggest discoveries in the world have been made by people without official scientific qualifications or funding.

Learn more

Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif

LEYLƏK YUVALARININ ƏTRAFINI TƏMİZLƏMƏK

Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif tullantı əşyaları gətirə bilərlər.

Learn more

Bir çox quş ağac oyuqlarında yuva qurur.

YUVA QUTULARI

Bir çox quş ağac oyuqlarında yuva qurur. Ancaq müasir meşəçilik üsulları və şəhərlərdə təhlükəsizlik baxımından köhnə ağacların kəsilməsi, quşların yuva qura biləcəyi oyuqlar olan ağacların daha az olması deməkdir.

Learn more

Other Spring Alive websites