SAHİL QARANQUŞU

Sahil qaranquşu, tünd zolaqlı sinə və solğun rəngli alt hissələri ilə kontrast olan, üst hissələri və qanadlarının altı tünd qəhvəyi olan kiçik Avropa qaranquşu fəsiləsindən olan quşdur.

Learn about the SAHİL QARANQUŞU

Basic information

Sahil qaranquşu, tünd zolaqlı sinə və solğun rəngli alt hissələri ilə kontrast olan, üst hissələri və qanadlarının altı tünd qəhvəyi olan kiçik Avropa qaranquşu fəsiləsindən olan quşdur. Əsasən su üzərində qidalanan bu quşlar, çevik uçuşlar edərək, yerüstü simlərə və ya budaqlara qonurlar. Çoxalma və qış mövsümündə daha aktiv olurlar. Son 50 ildə bu quşların külli miqdarda təlafatı oldu.

Bu növə daxil olan səkkiz yarım növ var.

Populyasiya sayı:10.000.000-500.000.000 (Avropa populyasiyasının sayı: 7.280.000-16.000.000) yetkin fərdlər
Populyasiya trendi: azalma
Qırmızı kitab kateqoriyası: ən az təhlükədə olan

Qidalanması. Onurğasızlar, kiçik həşəratlar, əsasən ağcaqanadlar və milçəklər, su həşəratları və ya həşərat sürfələri

Ölçüləri: Uzunluğu: 12 sm
Qanadlar: 26-29 sm
Çəki: 13-14 qr.

Xüsusiyyətlərin müəyyənləşdirilməsi: Lələk rəngi: qəhvəyi, krem / ağ, ayağın rəngi: qəhvəyi, dimdik: qara, qısa, incə
Təbii yaşayış yerləri: əkin sahələri bataqlıq ərazilər; daha böyük su obyektləri yaxınlığında açıq yerlər, qumlu çay sahilləri, qayalıqlar, çınqıl çuxurları, qum çuxurları  

Yuvalaması. Sahil qaranquşları aktivdirlər və 100 cütdən çox ola biləcək düşərgədə yuvalayır. Onlar yuva tunellərini qumlu, çınqıl çuxurlarda, çay sahillərində, dəniz qayalarında, divarlarda və kərpic çuxurlarında qazırlar. Həm erkək, həm də dişi sonu kameralı olan 45-90 sm uzunluğunda üfüqi bir tunel düzəldirlər. Uyğun yuvalar illərlə istifadə edilə bilər. Uçurum yıxıldıqca və ya köhnə çuxurlar çox böyüdükcə yeni tunellər qazılacaqdır.

Balaçıxarma. Mayın sonu və ya iyunun əvvəlində, dörd və ya beş, bəzən üç-yeddi ağ yumurtalar lələk, ot və yarpaq yuvasına qoyulur. İnkubasiya hər iki valideyn tərəfindən son yumurta qoyulduqdan sonra təxminən 14 gün davam edir. Bütün balalar eyni anda yumurtadan çıxır. Balalar köməksizdir və yuvada qalırlar. Hər iki valideynlər tərəfindən böyüdülür, 19-24 günlük olduqda buraxılır. Buraxıldıqdan sonra, təxminən bir həftə valideynlərdən asılı olur. Adətən hər yay iki dəfə bala çıxarılır.

Migration information

Sahil qaranquşları uzun məsafəli köçlər edir və bir çoxu ildə bir neçə min kilometr yol qət edir. Sahara səhrası və ya Aralıq dənizi kimi maneələri keçmədən əvvəl, kifayət qədər piyləri olduğuna əmin olmaq üçün bir neçə gün dincəlirlər. Yığdıqları piy qət etdikləri məsafə ilə sıx bağlıdır.

Sahil qaranquşları Avropanın yay qonaqlarıdır. Onlar mart ayının ortalarından aprelin ortalarına qədər, gecikmə ilə iyunun sonuna qədər Avropaya gələn ilk yaz miqrantlarından biridir.
Quşlar çoxalma yerlərini iyulun sonundan sentyabr ayına qədər tərk edirlər. Onların çoxunun Saharadan cənubda Sahel zonasında qışladığı və orada uçan həşəratların bolluğu olan, rütubətli yerlərdə bəsləndikləri güman edilir.

SAHİL QARANQUŞU

records

Gallery


dd

Species Fact Sheet

SAHİL QARANQUŞU

Scientific Name
Riparia riparia
Length
11-12cm
Wing Span
25-33cm
Weight
14g
Distribution
BREEDS : Eurasia, north Africa and north America WINTERS: south to southern Africa, south Asia and south America
Conservation Status
Globally least concern
Habitat
Open country, usually near water
European Spring Migration
Typically March to late April
African Spring Migration
Typically June to mid October
Number Broods
1-2
Egg Size
18x13mm weight: 1,4g (of which 5% is shell)
Clutch Size
4-5 eggs
Incubation period
14-15 days by male and female
Fledgling period
19-21 days as altricial, downy
Maximum Age
7 years 9 months 1 day (from ringing data set in 1998)
Typical Life Span
2 years with typical breeding at 1 year

Other Spring Alive websites