KƏND QARANQUŞU

Qaranquşlar tünd arxaları, parıldayan mavi, pas rəngli boğazlar, ağ qarınlar və uzun haçalanmış quyruqlara malik kiçik quşlardır. Uçduqda tamamilə qara görünə bilər - uzun quyruğu və uçuş üsulu ilə tanımaq asandır.

Learn about the KƏND QARANQUŞU

Basic information

Qaranquşlar tünd arxaları, parıldayan mavi, pas rəngli boğazlar, ağ qarınlar və uzun haçalanmış quyruqlara malik kiçik quşlardır. Uçduqda tamamilə qara görünə bilər - uzun quyruğu və uçuş üsulu ilə tanımaq asandır. Məftillər və ya binaların kənarları boyunca oturduqları zaman bir-biri ilə ciggildəşir- hətta sizi yuxudan oyada bilərlər! Onlar baharda şimala, Avropaya yuva qurmaq, bala çıxarmaq və böyütmək üçün uçurlar. Mart ayından sentyabr ayına qədər onları Azərbaycanda görə bilərsiniz.
Qaranquşlar kiçik bir kasa şəklində tüpürcək və palçıqdan yuva qururlar.


Qaranquş ilə uzunqanad arasındakı fərqi necə müəyyən etmək olar? Uzunqanad qaranquşdan xeyli böyükdür, qanadları daha uzun, daha ensiz və kəsik şəklindədir. Qaranquşun daha "çevik" qanadları var, onların qatlandığını aydın görmək olur. Qaranquşun quyruğu daha uzun və haçalanmış şəkildədir.
Unutmamalısınız ki, ümumiyyətlə kənddə qaranquşu, şəhərdə isə uzunqanadı görə bilərsiniz.

Cavan qaranquş ilə yetkin fərd arasındakı fərqi necə müəyyən etmək olar? Gənc qaranquşlar bir az daha kiçik olur və valideynlərindən daha qısa quyruqlara sahibdirlər. Əgər kənddə yaşayırsınızsa, köhnə binalarda, taxta dirək və ya bir çardağın altında yuva tapa bilərsiniz. Çox sakit olsanız, qaranquşun həyat tərzini, balalarının valideynləri tərəfindən həşəratlarla qidalanmasını görə bilərsiniz

Qidalanması. Əsasən uçan həşəratlar, yerdən və ya su səthində, uçuşda tutulan həşəratlar, bəzən bitki üzərində və ya yerdə oturan həşəratlarla qidalanır.

Qaranquş yuvaları. Yuva ümumiyyətlə binanın içərisində və ya bir körpünün altında gizli şəkildə olur. Adətən uzun otlar və samanla qarışdırılırmış palçıqdan və ya gildən düzəldilmiş bir sferanın dörddə bir hissəsindən ibarətdir. Bir divara, dirəyə, kornizə yapışdırılır; həmişə yuxarıdan açıq olur.

Qışlama. Avropa quşlarının qışlama yerləri Afrikanın qərb hissəsində, ekvator zonasından qitənin cənub kənarına qədərdir.

Avropadakı qaranquşların sayı. Qaranquşlar çox yayılmışdır və onların sayı Avropada olduqca sabitdir, baxmayaraq ki, ətraf mühitin məhv edilməsi qaranquşların qitəmizdən itməsinə səbəb ola bilər.

Migration information

Qaranquş aprel ayının ortalarında Afrikanın cənubundakı qış kvartallarından 10.000 km məsafəyə uçaraq Avropaya gəlir. Səyahət təxminən dörd həftə davam edir və adətən erkəklər birinci çatırlar. May ayının əvvəlinə qədər qaranquşların əksəriyyəti çoxalmağa başlayır.

Sentyabrın əvvəlinə qədər qaranquşların əksəriyyəti köçməyə hazırlaşır. Narahatlıqla çırpılırlar və tez-tez teleqraf tellərinə yığılırlar. Əksəriyyəti sentyabr ayı ərzində İngiltərəni tərk edir, cavan fərdlər daha erkən köçə başlayır. Lakin oktyabr ayında da qaranquşa təsadüf etmək olar.

Afrikaya geri qayıdış təqribən altı həftə çəkir. Avropanın müxtəlif yerlərindən gələn qaranquşlar müxtəlif istiqamətlərə uçurlar. Qaranquşlar aşağıdan uçur və gündüz miqrasiya edir, gecə isə ənənəvi dayanacaq yerlərində qamışlıqda sürülərlə dayanırlar.

İllərdir ki, insanlar qaranquşların peyda olmasını yayın gəlməsi əlaməti olaraq qeyd edirlər.

KƏND QARANQUŞU

records

Gallery


dd

Species Fact Sheet

KƏND QARANQUŞU

Scientific Name
Hirondo rustica
Length
18cm
Wing Span
34cm
Weight
19g
Distribution
Breeds: Eurasia, North America WINTERS: south to southern Africa, north Australia and south South America
Conservation Status
Globally least concern
Habitat
Open country, usually near water, farmland
European Spring Migration
Typically March to mid May
African Spring Migration
Typically July to early November
Number Broods
2
Egg Size
20x14mm, weight 1,9g (of which 5% is shell)
Clutch Size
4-5 eggs
Incubation period
17-19 days by female
Fledgling period
20-22 days, as altricial, downy
Maximum Age
11 years 1 month 11 days (set in 1936)
Typical Life Span
2 years with typical breeding at 1 year

Other Spring Alive websites